news Image
2012.06.05
10:26
| A A A
“Belə görüşlər iki ölkənin jurnalistləri arasında əlaqələri yaratmaq üçün vacibdir”

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan və Ermənistan KİV rəhbərlərinin Moskvada keçirilən görüşünə münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Polad Bülbüloğlu görüşün normal şəraitdə keçirdiyini söyləyib: "Belə görüşlər iki ölkənin jurnalistləri arasında əlaqələri yaratmaq üçün vacibdir". Səfir Azərbaycan və Ermənistan nümayəndə heyətinin ilk olaraq "Moskva 24" televiziya kanalında olduqlarını söyləyib: "Daha sonra "Rossiyskaya qazeta"da görüş olub. Burda keçirilən görüşdə "Rossiyskaya qazeta"nın baş redaktoru Vladislav Fronin və baş direktoru Pavel Neqoitsa da iştirak edirdilər. Pavel Neqoitsa "Rossiyskaya qazeta"nın artıq ikinci dəfədir ki, belə nümayəndə heyətini qəbul etdiyini söyləyib. O, bundan qabaq iki ölkənin ziyalılarının görüşünün bu redaksiyada keçirildiyini xatırladıb. Belə görüşlərə ev sahibliyi elədiklərindən məmnun olduğunu bildirib.

P. Bülbüloğlu görüşdə iştirak edən Ermənistanın Rusiyadakı səfiri Oleq Esayanın konstruktiv mövqedən çıxış etdiyini söyləyib: "Ermənistanın səfiri çıxışında bu gün keçirilən görüşün səbəbinin siyasi məsələni həll etmək olmadığını bildirib. O, görüşün tərəflər arasında əlaqələrin yaradılmasına xidmət etdiyini söyləyib".

Səfir iki ölkənin media rəhbərlərinin görüşündə tərəflərin öz mövqelərini bildirdiklərini söyləyib: "Ümumi mövqe ondan ibarət oldu ki, jurnalistika vətənpərvər olmalıdır, lakin tendensiyalı yox. Dövlət şəxslərini, xalqın nümayəndələrini təhqir etmək olmaz. Müzakirələri normal jurnalistika çərçivəsində aparmaq lazımdır. Tərəflər belə təklif irəli sürdülər ki, görüşlər keçirmək üçün daimi qrup yaradılsın. Bunun jurnalistlər arasında əlaqələrin möhkəmlənməsinin xeyrinə olacağı bildirilib. O da qeyd olunub ki, biz bir regionda yaşayırıq və heç kəs bu regionu tərk edən deyil."

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs