Mədət Quliyev taborun geyimini yenilədi-Özəl
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin konvoy taborunun geyimi
yenilənib. Movqe.az-ın məlumatına görə,
məhkəməyə məhkumvə təqsirləndirilmiş şəxsləri gətirən konvoylar
qara rəngli geyimlə təmin olunublar. Movqe.az-ın məlumatını Penitensiar Xidmətinin
ctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov da
təsdiqləyib. M. Sadıqov bildirib ki, konvoy taborunun geyim
formaları Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Mədət
Quliyevin təşəbbüsü və göstərişi ilə yenilənib: "İndi Penitensiar
Xidmətinin konvoy taborunun geyimi qara rəngli xarici görünüşü ilə
fərqlənən rahat və keyfiyyətli formalardır. Xidmətin konvoy
taboruna bu geyimlər paylanılıb və hazırda onlar yeni
formadadırlar".
M. Sadıqov onu da bildirib ki, konvoy taborunun geyimi ilə yanaşı avtomobil parkı da yenilənib: "Yeni maşınlar Ford və Fiat markalı, təhlükəsizliyi ilə fərqlənən avtomobillərdir. Bu avtomobillər məhkumların və təqsirləndirilən şəxslərin təhlükəsiz və rahat daşınmasına imkan yaradır. Yeni avtomobillərdə məhkumların rahatlığı da nəzərə alınıb. Həmin avtomobillərin ventelyasiya sistemi də var. Ümumiyyətlə platformanın yenilənməsi Ədliyyə naziri Fikrət Məmmədovun tapşırığı ilə həyata keçirilib.