Əlaqə Arxiv
news Image
2012.04.05
16:44
| A A A
Fransadakı terror əməliyyatlarına müxalifətdən reaksiya
Fransada Məhəmməd Mərah tərəfindən reallaşdırılan Tuluza hadisələrindən sonra radikal qruplara qarşı əməliyyatlar güclənib.

Radikal sələfi cərəyanı tərəfdarları tərəfindən Forsana Alizzaya (Gurur Cəngavərləri) qarşı təşkil edilən əməliyyatlarda dünən 10 adam nəzarətə alınıb. Keçən həftə həbs edilən 13 terror şübhəlisindən 9-u həbs olunaraq həbsxanaya göndərilib. Fransada müxalifət dövlət başçısı Nicolas Sarkozinin seçkilər qabağı bu əməliyyatları "siyasi reklam" - a çevirdiyi iddeası ilə tənqid edib.

Forsana Alizezaya istiqamətlənən əməliyyatlar ölkənin cənubundakı Marsel və Valence şəhərlərində reallaşıb. Nəzarətə alınan şəxslərin Əfqanıstan və Pakistana "cihad" hazırlığı üçün getdiklərini bildirilib. Keçən həftə yenə polis əməliyyatlarında nəzarətə alınaraq mühakimə olunan 13 şübhəli şəxs "terror təşkilatına üzv olmaq və bir Fransız hakimini qaçırma hazırlığı etmək" ittihamı ilə məhkəməyə sövq edilib, 9-u həbs olunub. Radikal ifadələriylə tanınan sələfi təşkilatın lideri Mohammed Achamlane heç bir terror əməli ilə əlaqələri olmadığını qeyd edib.

RTL radio kanalına danışan Hollande bildirib ki : "Əgər həqiqətən mövcu şübhə və risk varsa lazım olan edilməlidir. Ancaq çaşdırıcı olan hər kəsi sarsıdan terror fəaliyyətlərindən sonra bu əməliyyatların reallaşmasıdır. Bu əməliyyatları . Bu əməliyyatları mühakimə etmirəm lakin bunun daha əvvəl olması lazım idi ."

Sizin Reklam Yeriniz