news Image
2014.01.25
16:46
| A A A
Ukraynada danışıqlar müvəffəqiyyətsizliklə nəticələndi!

Movqe.Az xəbər verir ki, Ukraynada aylardır davam edən siyasi böhranı sona çatdırmağa yönəlmiş danışıqlar müvəffəqiyyətsizliklə nəticələnib.

Daxili İşlər naziri Vitali Zaharçenko , etirazçılarla aparılan danışıqların nəticəsiz qaldığını bildirərək , nəticədən "radikal ünsürləri " məsul tutub. Nazir etirazçıların silahlı olduğunu söyləyib.

Bu vaxt paytaxt Kiyevdə barrikadalar quran etirazçıların Enerji Nazirliyi binasının bir hissəsini ələ keçirdikləri bildirilir.

Etirazlar , prezidenti Viktor Yanukoviçin noyabr ayında Avropa Birliyi ilə əməkdaşlıq razılaşmasını imzalamaqdan son anda imtina etməsi səbəbindən başlamışdı.

Böhran , bu həftə Kievdəki Müstəqillik Meydanındakı  aksiyalarda iki nəfərin ölməsi ilə daha da şiddətlənmişdi.

Cümə günü prezidenti Viktor Yanukoviç böhranı sona çatdırmağa hazır olduğunu açıqlamışdı.

Lakin müxalifət lideri Vitali Kliçko prezidentinin istefa etməsini istədiklərini söyləyir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs