news Image
2014.01.28
09:20
| A A A
İnsan alverini əks etdirən dəhşətli görüntülər
Suriyadan Türkiyəyə qaçan ailələrin bəziləri azyaşlı qızlarını yüksək məbləğ qarşılığında yaşlı kişilərə satırlar. ANS PRESS-in verdiyi məlumata görə, Qaziantep və Kilis vilayətlərində tüğyan edən insan alveri gizlin kameralarla çəkilərək kütləvi informasiya vasitələrində yayılıb. Qızların satışını xüsusi dəllallar həyata keçirir. Onlar zəngin və yaşlı müştərilər tapır.Videodan göründüyü kimi, qızları almaq üçün iki müştəri gəlib. Onların təxminən 55 yaşı var. Onlara təklif olunan qızların birinin 17, digərinin isə 20 yaşı var. Onların atasının qulağı zəif eşidir. Analarının ayaqlarında problem var. Dəllal qızlar üçün ilkin olaraq 500 Türk lirəsi (təxminən 200 manat) tələb edir. Danışığın sonu əlverişli olur və müştərilər razı görünürlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs