news Image
2014.01.28
11:38
| A A A
"Mərkəzi Afrikanın yardıma ehtiyacı var"

Mərkəzi Afrika Respublikasında (MAR) yeni liderin hakimiyyətə gəlməsinə baxmayaraq təhlükəsizlik məsələsi getdikcə daha da dərinləşir. BMT-in insan haqları rəhbəri belə deyib.

"Müsəlman cəmiyyəti" hazırda həddindən çox müdafiəsizdir." Navi Pillay belə deyib. Onun çağırışıyla müsəlman və xristian rəhbərlər, İngiltərə baş naziri Deyvid Kameronla görüşərək daha çox beynəlxalq yardım məsələsini müzakirə edib. Təxminən bir milyon insan- yəni, əhalinin 20 faizi  aylarla davam edən ziddiyyətlərdə öz evlərindən didərgin düşüb. Keçmiş koloniya rəhbəri Fransa MAR-a 1600 nəfərlik əsgər göndərib. Movqe.Az "BBC"yə istinadən xəbər verir ki, ötən həftə yeni Prezident Katherine Samba-Panza bunun kifayət etmədiyini bildirib. Bangui Dieudonne Nzapalainga  yepiskopu və İmamı Ömər Kobine Layama  "the BBC's Focus on Africa" proqramına, "Bu dini böhran deyil, hərbi-siyasi böhrandır. Əhalinin yardıma ehtiyacı var. Burada təhsil, səhiyyə, tibbi avadanlıq yoxdur" deyib. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs