news Image
2012.06.05
17:19
| A A A
Suriyadan şok addım!

Movqe.Az BBC-yə istinadən xəbər verir ki, Suriya rəhbərliyi, aralarında Türkiyənin də olduğu bəzi ölkələrin səfirlərini "istənməyən adam" elan edib.

Suriyanın aralarında Türkiyə, ABŞ, İngiltərə və Fransanın da olduğu müxtəlif ölkələrin səfirlərini "persona non grata" elan edərək sərhəddən xarici etmə qərarını qəbul edib.

Məlumatda deyilir ki, rəsmi Şam 17 ölkəni səfirinin bu ölkədən geri cağırılmasını istəyir.

TƏZYİQLƏR ARTIB

Suriyanın Hula bölgəsindəki qırğınından sonra bir çox Avropa ölkələri Şama qarşı təzyiqləri artırıblar və bu məqsədlə ölkələrindəki Suriya səfirlərini ''istənməyən adam'' elan etmişdilər.

İsveçrə Xarici İşlər Nazirliyindən verilən sonuncu açıqlamada, Fransada da səfirlik səlahiyyətlərini icra edən, Parisdə yaşayan Lamıya Şakkurun ''istənməyən adam'' elan edildiyi bildirilmişdi.

Avstraliya, Fransa, Almaniya, İngiltərə, İtaliya, İspaniya, Kanada və ABŞ, Şama qarşı təzyiqi artırmaq məqsədiylə Suriyalı səfir və diplomatları ölkədən xaric etmək qərarı almışdılar.

Suriyanın Belçikadakı səfiri vəzifəsini icra edən Hollandiyadakı səfir də ''istənməyən adam'' elan edilmişdi. Keçdiyimiz günlərdə Türkiyə də Suriya elçilərini ölkədən xaric etmişdi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs