Əlaqə Arxiv
news Image
2014.01.29
11:28
| A A A
Məcburi köçkünlərin köçürülməsində dələduzluq edənlər var

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qaçqın və məcburi köçkünlərə xəbərdarlıq edib.Komitədən Movqe.az-a daxil olan məlumatda deyilir ki, ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması daimi ölkə Prezidentinin diqqət mərkəzində olmuşdur və uğurla davam edir. Beləki, 2001-2013-cü illər ərzində 180 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülmüş və köçürülmə prosesi xüsusi yaradılmış komissiyanın, həmçinin məcburi köçkünlərin özlərinin iştirakı ilə yüksək şəffaflıq şəraitində həyata keçirilmişdir.Təəssüflə qeyd etməliyik ki, köçürmə prosesi zamanı bəzi dələduzluq halları barədə Komitəyə şifahi məlumatlar daxil olmuş, Komitə və hüquq mühafizə orqanları tərəfindən aparılmış tədbirlər nəticəsində Komitəyə aid olmayan şəxslər barəsində ciddi tədbirlər görülmüşdür. Hal-hazırda qeyri-rəsmi məlumata görə Bakı və Gəncə şəhərlərində belə dələduzluq hallarına cəhd olunur.Dövlət Komitəsi bildirir ki, köçürmə prosesi indiyədək olduğu kimi şəffaf şəkildə həyata keçirilir və bütün məcburi köçkünləri ciddi xəbərdar edir ki, hər hansı məcburi köçkün belə dələduzluq hallarına qoşularsa onlar özləri cinayət məsuliyyətinə cəlb olunacaqlar. Dövlət Komitəsi bütün məcburi köçkünlərə müraciət edərək xahiş edir ki, belə hallarla rastlaşdıqda bu barədə dərhal Komitəyə məlumat versinlər.

Sizin Reklam Yeriniz