news Image
2014.01.29
19:06
| A A A
ANS-lə bağlı daha bir şayiəyə aydınlıq gəldi
“Facebook” sosial şəbəkəsinin səhifəsində yazılan bir status xeyli müzakirəyə səbəb oldu Məsələ ondan başladı ki, saytlardan biri ANS TV-nin "Salam Azərbaycan" verilişinin aparıcısı Aytən Səfərovanın "Facebook" səhifəsində araşdırma apardı və yazdı: 

"Teleaparıcı sosial şəbəkədə fotosunu paylaşaraq ""ATV"nin qrim otağında.. Tezliklə" şərhini yazıb. Səfərovanın bu addımı sosial şəbəkədə teleparıcının "ANS"dən ayrılıb "ATV"də fəaliyyətə başlaması haqda xəbərlərin yayılmasına səbəb olub. Lakin teleaparıcı bu haqda verilən sualları cavabsız qoyaraq "açması az sonra" şərhini yazıb. Qeyd edək ki, Aytən Səfərova ANS-də "Salam, Azərbaycan" proqramının aparıcısı idi". 

Elə həmin sayt da məsələ ilə bağlı ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədova müraciət etdi və bu cavabı aldı: 

"Bunlar şayiədir, hər gün biri çıxır. Gah ANS satılır, gah Mirşahin Ağayev BBC-yə işləməyə gedir. Aytən də işdədir, normal işləyir. Yorulmuşuq şayiələrdən, ona görə məcburuq kim haqqımızda yazır məhkəməyə verək. Başqa çıxış yolumuz yoxdur".

Məsələyə Aytən Səfərovanın öz cavabı ilə nöqtə qoyuldu:

""ATV"nin Televiziya günü münasibəti ilə çəkdiyi filmlə əlaqədər "ATV" ekranlarında olacam. Film Azərbaycan televiziyalarının tarixi, cəmiyyətdəki rolu və bir çox proseslərdən bəhs edəcək. Çox maraqlı filmdir, həmçinin "ANS" şirkətlər qrupunun prezidenti Vahid Mustafayev "ANS"in tarixindən, verilişlərdən söhbət açacaq. Filmdə nəinki "ATV" və "ANS", bütün kanallardan nümayəndə iştirak edəcək. Təbii ki, mən də orada olacam. Mən "ANS"in simasıyam, Azərbaycan teleməkanında ən reytinqli səhər verilişinin aparıcısıyam və bununla fəxr edirəm". 

Vəssalam, məsələ yoluna qoyuldu. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs