Suriya bioloji silah istehsal edir
"Suriya rəhbərliyi kimyəvi silahın ləğv edilməsinə razılıq
verməsinə baxmayaraq hazırda bioloji silah istehsal edir".ANS
PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu
informasiyanı "France Presse" agentliyi yayıb. ABŞ Milli
Kəşfiyyatının başçısı Ceyms Klepper Senatın Komitəsində etdiyi
çıxışı zamanı bildirib ki, bu silah növünün istehsal edilməsi üçün
Suriya hərbi bioloji proqramının bəzi detalları artıq həyata
keçirilib. "Əgər onların bu tədqiqatı davam etdirilərsə, məhdud
sayda bioloji silah istehsal edə bilərlər. Çox böyük ehtimalla bu
silahın yaradılması prosesinə xeyli vaxt öncə başlanılıb. Ancaq ABŞ
kəşfiyyatında bu haqda heç bir məlumat olmayıb", - deyə ABŞ Milli
Kəşfiyyatının başçısı bildirib.Rəsmi Dəməşq hələlik Ceyms Klepperin
açıqlaması ilə bağlı heç bir izahat verməyib. "France Presse"
agentliyinin məlumatına görə, ABŞ xüsusi xidmət orqanları Suriyanın
bioloji silah istehsal etdikləri barədə ilk dəfə açıqlama verirlər.
O da vurğulanır ki, Suriya hərbi bioloji proqramı haqda informasiya
ölkə mediasında yayımlanmayıb.Xatırladaq ki, ötən il Suriya ABŞ-ın
təzyiqi ilə kimyəvi silahın istehsalından və istifadə edilməsindən
imtina edib. Hazırda rəsmi Dəməşq kimyəvi silahın hazırlanması üçün
lazım olan komponentlərin məhv edilməsi ilə məşğuldur. Beynəlxalq
komandanın köməyilə Suriyadan kimyəvi silahlar və ximikatlar məhv
edilmək üçün dənizdə ABŞ gəmisinə yüklənir. Bu prosesin iyun ayının
30-dək bitirilməsi gözlənilir. Bütün bu proqramın həyata
keçirilməsi üçün 1 milyard dolların xərclənəcəyi nəzərdə tutulur.