Əlaqə Arxiv
news Image
2014.01.30
11:46
| A A A
Etirazçılar amnistiya qanununu istəmir -Yenilənib

Ukrayna etirazçıları üsyanları sonlandıracaq yeni amnistiya qanunu müddətini rədd edib. Müxalif liderləri bunun "qəbuledilməz" olduğunu və etirazçıların paytaxt Kiyevdə əhatəyə aldıqları əsas binaları tərk etməyəcəklərini bildirib.

 Xatırladaq ki, Ukrayna Parlamenti son qarşıdurmalarda həbs olunan etirazçıları azadlığa buraxmaq üçün amnistiya qanununu parlamentdən ötürüb.

Müxalif partiyalar səsvermədə iştirak etməyib. Buna səbəb layihə yalnız etirazçılar hökümət binasını tərk edərsə həyata keçiriləcək. Cənab Yanukoviç və müxaliflərlə Ukraynada danışıqlar aparan  Katherine Aşton Ukraynanın hamı üçün münasib olan qısa müddətli siyasi prosesə ehtiyacı olduğunu deyib.

Dünən amnistiya layihəsiYanukoviçin əsas Region Partisinin verdiyi səslə qəbul olunub. Lakin 173 millət vəkili səs verməyib. Ali Radanın növbədənkənar sessiyasında qanunun lehinə 232 deputat səs verib.
Qanun inzibati binalar və yerli özünüidarə orqanlarının etirazçılar tərəfindən azad edilməsindən sonra qüvvəyə minəcək.  

Qeyd edək ki, Ukraynada etirazların başlamasına səbəb noyabr ayında Prezident Yanukoviçin son anda Avropa Birliyi ilə olan 15 milyard dollarlıq müqavilədən imtina edib.

 

Sizin Reklam Yeriniz