Əlaqə Arxiv
news Image
2014.01.30
11:52
| A A A
Tələbələr nazirliyə şikayət edib
İmtahanlarla bağlı nazirliyə 2789 zəng olub

Bu gün Təhsil Nazirliyində ali və orta ixtisas təhsili müəssisələrində 2013-2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişinə və nazirliyin "Qaynar xətt" xidmətinin fəaliyyətinə həsr olunan mətbuat konfransı keçirilib. Movqe.az xəbər verir ki, konfransa nazirliyin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev, Bakı Dövlət Universitetinin prorektoru İradə Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin Damət Bağırov, Azərbaycan Texniki Universitetinin prorektoru Xaliq Yaqubov, Bakı Slavyan Universitetinin prorektoru Asəf Hacıyev, Azərbaycan Tibb Universitetinin prorektoru Nəsimi Qasımov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Malik Cəbrayılov iştirak edib. Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev bildirib ki, 2013-cü il 25 dekabrdan bu günə kimi Təhsil Nazirliyinin "Qaynar xətt"inə 2789 zəng daxil olub. Bunların arasında məlumat və şikayət xarakterli zənglərin olduğunu deyən nazirlik rəsmisi qeyd edib ki, şikayət xarakterli zənglərdə müxtəlif ixtisaslarda qeyri-müəyyənliklər, diplomların gecikdirilməsi və digər məsələlər ilə bağlıdır: "Məlumat xarakterli zənglər isə müxtəlif informasiya almaq məqsədinə xidmət edir. Qış imtahan sessiyasında Təhsil Nazirliyinin tabeçiliyində olan ali təhsil müəssisələrindən 94825 tələbə, nazirlik tabeçiliyində olmayan ali təhsil müəssisələrindən 20567 tələbə, özəl universitetlərdən 19127 nəfər tələbə iştirak edir. Ümumilikdə isə payız semestr imtahan sessiyasında 134519 nəfər tələbə iştirak edir. Xüsusi təyinatlı ali təhsil müəssisələrdə isə 6-7 min tələbə oxuyur".

 Y. Piriyev deyib ki, ali təhsillə bağlı "Qaynar xətt"ə daxil olan 20-yə yaxın zəng yerində həll edilib. Bunlar əsasən bərpa işləri ilə bağlı olub.

Sizin Reklam Yeriniz