Əlaqə Arxiv
news Image
2014.02.01
12:26
| A A A
Rza Zərrabın Ebruya verdiyi ən bahalı hədiyyə əlindən alındı
Dekabrın 17-də rüşvət və qaçaqmalçılıq əməliyyatında həbs olunaraq Metris həbsxanasına yerləşdirilən iş adamı Rza Zərrabın həyat yoldaşı Ebru Gündeşə hədiyyə etdiyi 12 milyon dollar dəyərindəki "Challenger 300" tipli təyyarəni kirayəyə götürdüyü məlum olub. 

"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, 17 dekabr istintaqı daxilində həbs olunan iş adamının müsadirə olunan mülkləri içərisində olan özəl təyyarəsi "Halk" bankdan icarə yolu ilə kreditə götürdüyü, ancaq kreditləri ödəyə bilmədiyi üçün şirkətə geri qaytarıldığı ortaya çıxıb. Müsadirə qərarı ləğv olunduğuna görə Zərrab təyyarəsini geri qaytarmaq üçün şirkətlə yeni bir müqavilə bağlamalı və yığılmış kreditlərini ödəməlidir. Qeyd edək ki, Zərrabın "Əl Ganador" adlı ingilis yarış atı, bahalı tabloları və həyat yoldaşı Ebru Gündeşə hədiyyə etdiyi 12 milyon dollarlıq təyyarəsi müsadirə olunmuşdu.


Sizin Reklam Yeriniz