news Image
2014.02.01
12:53
| A A A
Bakıda 3 "bomj"u don vurdu
Yolların buz bağlaması nəticəsində sürüşmə, əzilmə və xəsarət alma ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına səhər saat 08:00-dan gecə saatlarına qədər kütləvi şəkildə müraciət daxil olub. Movqe.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib. O bildirib ki, səhər saatlarında ən çox qadınlar xəsarət alıb, gecə saatlarında isə daha çox kişilər xəsarət alma ilə təcili tibbi yardıma müraciət ediblər:  "Bizə Yasamal, Xətai və Sabunçu rayonlarından don vurma diaqnozu ilə küçədə yaşayan 3 "bomj" üçün müraciət daxil olub. Onları da aşağı ətrafların donma diaqnozu ilə xəstəxanalara yerləşdirmişik".
Zemfira Vahidova qeyd edib ki, müraciətlər Xəzər və Pirallahı rayonundan başqa, Bakının 10 rayonu üzrə daxil olub