news Image
2014.02.01
16:31
| A A A
Mətbuat Hollandeni "tərlətdi"

Movqe.Az xəbər verir ki, İngiltərədəki Briz Norton hava bazasında baş nazir David Cameron ilə görüşən Fransa prezidenti Fransua Hollande İngilis jurnalistlərin şəxsi həyatı ilə əlaqədar sualları qarşısında çətin vəziyyətdə qalıb.


Fransız mətbuatının Hollandenin "First Lady" Valerie Trierveileri aktrisa  Culie Qayet ilə aldatdığını ortaya çıxmasının ardınca, " Respublika başçısına çətin suallar verməklə " təqsirləndirilən İngilis jurnalistlər , Hollande'ni "işlərinizin ölkəni komik vəziyyətə saldığına inanırsanmı?" , "Qayet ilə münasibətiniz hələ davam edirmi?" və "Sevgilinin də burada səninlə olmasını istəyərdin " kimi suallarla tərlədib.


Hollande üzünü büzdürərək , "sualları cavablamayacağını " söyləyərkən , Fransız Sosialist Partiyadan Axelle Lemaire İngilis mətbuatının Fransa Respublika başçısına soruşduğu sualları rəsmi olaraq qınayıb.


Lemaire, baş nazirə şəxsi həyatı ilə əlaqədar soruşulan sualların mətbuat azadlığı ilə əlaqəsi olmadığını  "Closer Cambridge Düşesi'nin üstsüz fotoşəkillərini yayımlayan İngilis mətbuatına bunun böyük bir skandal və xüsusi həyata keçirilmiş bir hücum olduğunu söyləmişdi. İndiki rəftarları  bir ikiüzlülük "deyib.


Cameron , Hollandeni çətin vəziyyətdə qoymamaq üçün  İngiltərə - Fransa zirvəsinə yoldaşı Samentha Cameronu gətirməyib.