Əlaqə Arxiv
news Image
2014.02.03
10:43
| A A A
50 nəfər buzda yıxılaraq xəsarət alıb
Paytaxtda qarın yağması ilə əlaqədar Bakı Şəhər Təcili Təxirəsalınmaz Yardım Stansiyasına (TTYS) xəsarətlə bağlı 50 küçə çağırışı olub. Bu məlumatı Movqe.az-a TTYS-nın operativ şöbəsinin böyük həkimi  Zemfira Vahidova verib. Z. Vahidova deyib ki, respiratpor xəstəliklərlə bağlı müraciətlər azalıb: "Fevral ayının 1-i təcili yardıma 1600, ayın 2-də isə 1700 çağırış olub. Onlara yerindəcə tibbi yardım göstərilib. Fevral ayının 1-də dəm qazından zəhərlənmə ilə 5, 2-də13 müraciət olub.  Onlarda 7-i xəstəxanaya yerləşdirilib. Bu ayın ilk günündə 5 yol qəza hadisəsi zamanı 5 nəfər, 2-də 7 yol qəzasında 9 nəfərə təcili yardım göstərilib. Ehtiyac olanlar isə xəstəxanalara yerləşdirilib". Z. Vahidova qarda sürüşüb xəsarət alanların hər birinə təcili yardım göstərildiyini bildiri: "Fevralın 1-2-i buzda sürüşüb xəsarətlə bağlı təcili yardıma müraciət edənlərin çoxu cavanlar olub. Gündüz çağırışlarında daha çox qadınlar, axşam çağırışlarında isə kişilərin müraciətləri artıb .Fevralın 1- i buzda sürüşərək xəsarət alan 35 nəfər. 2-i 29 nəfər müraciət edib. Xəsarətlə bağlı 50 çağırış olub".

Z. Vahidova təcili tibbi yardıma edilən bütün çağırışlara cavab verildiyini yardım edildiyini söyləyib: "Biz gücləndirilmiş iş rejimində çalışırıq. Qarın yağmasına və yolların sürüşkən olmasına baxmayaraq təcili yardıma edilən bütün müraciətlərə vaxtında cavab verilir, yardımlar edilir. Bu gecədən başlayan paytaxta yağan güclü qar fasiləsiz olaraq əhaliyə xidmət göstərən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işinə də mənfi təsir göstərib. Baxmayaraq ki, stansiyanın ixtiyarında olan təcili yardım maşınları qış mövsümünə tam hazırdı. Lakin yenə də müəyyən problemlər yaranıb. Çağrışla gedən 3 təcili yardım maşını yolda batıb. Həmin maşınların çıxarılması üçün Fövqəladə Halalr Nazirliyinin xüsusi xilasetmə qüvvələri çağrılıb. Bundan başqa, çağırışa gedən maşınların hərəkəti hazırda paytaxt yollarında olduqca çətindir. Amma bizim xüsusi təyinatlı təcili yardım maşınlarımız var ki, həmin maşınlar xüsusi təcili doğuş və sair çağırışlara dərhal yardım edirlər".

Sizin Reklam Yeriniz