news Image
2014.02.03
12:31
| A A A
Oqtay Əsədovdan Suriyaya gedənlərlə bağlı açıqlama

Milli Məclisin sədri Oqtay Əsədov Milli Məclisin bu gün işə başlayan yaz sessiyasının 2014-cü il üçün ilk iclasında çıxışı zamanı son günlər Suriyada döyüşən və həlak olan Azərbaycan vətəndaşları ilə bağlı məsələyə münasibət bildirib.Spiker O.Əsədov Suriyada döyüşən Azərbaycan vətəndaşlarına cinayət işi açılması barədə Respublika Baş Prokurorluğu qarşısında qaldırdığı məsələyə cavabında deyib: "Suriyada döyüşənlər muzdlu əsagərlərdir. Onların qarşısını almaq həqiqətən çətindir. Bu məsələnin üzərində işləmək lazımdır. Ancaq ora gedənlərin hamısına cinayət açmaq doğru deyil".