news Image
2014.02.03
15:15
| A A A
Fransa bu dəfə eynicinsliliyə "yox" dedi

Əksər əhalisi eynicinsliliyi müdafiə edən fransızlar bu dəfə də küçələrə axın edib. Movqe.Az "the Guardian"a istinadən  xəbər verir ki, onlar göy və çəhrayı şarlarla küçələrdə yürüş ediblər. Onlar " Ailələr risk altındadır. Fransa böyük risklə üz-üzədir. Gözləsək, bu bizim sonumuz olacaq" kimi şüarlar səsləndiriblər. Təxminən 80.000 etirazçı Paris bulvarında və Lionda Fransız hökümətinə qarşı çıxaraq "ənənəvi ailə" konseptini dəstəkləyiblər. Onlar tipik ailənin ata, ana, qız və oğuldan ibarət olmalıdır banner, loqolarını nümayiş etdiriblər.  Etirazlar eynicinsli evliliyinə və onların uşaq övladlığa götümələrinə qarşı başlayıb. Xatırladaq ki, ötən ilin aprel ayında hökümət eynicinsli evliliyini təsdiq etmimşdi. Etiraz iştirakçılarından 19 yaşlı Maylis Giller : " Hökümət qeyri-təbii yeni ailə modeli yaratmaq istəyir. Biz surroqat anaya (daşıyıcı ana) və bu yolla yaranan qadın alverinə qarşıyıq" deyib.