Əlaqə Arxiv
news Image
2014.02.03
15:25
| A A A
Abonentlərdən nömrədaşınma sistemi ilə əlaqədar onlarla müraciətlər daxil olub-Özəl
Zakir Qasımov: "Prefikslər saxlanıldığından digər mobil operatorlara keçid qarışıqlıq yaratmayacaq"

Respublika ərazisində sellülar (mobil) nömrə daşınması xidmətinin fəaliyyətə başlaması ilə əlaqədar artıq onlarla müraciət olub. Bu barədə Movqe.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi- Tənzimləmə şöbəsinin aparıcı məsləhətçi Zakir Qasımov məlumat verib. Z. Qasımov artıq abonentlərdən digər mobil operatorların xidmətinə keçməklə bağlı onlarla müraciətlərin olduğunu söyləyib: "Hələki hansı mobil operatora daha çox müraciətlər olduğunu deyə bilmərik. Yəqin ki, həftənin sonuna bu barədə məlumat olacaq. Amma indiyədək onlarla mobil operatordan nömrədaşınma ilə bağlı müraciət qəbul olunub".

Z. Qasımov nömrədaşınma zamanı digər mobil operatora keçidin qarışıqlıq yaratmayacağını da söyləyib: "Bəzi abonentlər deyirlər ki, eyni nömrədən başqa mobil operatorda da olduğundan qarışıqlıq yaraa bilər. Halbuki bu sistemin üstünlüyü ondadır ki, nömrə perefikslər dəyişmədən digər operatora keçir. Loru dildə desək hansısa abonentin nömrəsi 051-lə başlayırsa elə nömrənin qarşısında bu perifiks saxlanılır. Abonent başqa mobil operatorun xidmətinə keçsə də onun nömrəsi tutaq ki, 051 saxlanılmaqla yığılır".

Qeyd edək ki, fevralın 1-dən etibarən respublika ərazisində sellülar (mobil) nömrə daşınması xidmətinin fəaliyyətə başlanılıb.  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Movqe.az-a verilən məlumata görə, bununla əlaqədar normativ hüquqi sənədlər qəbul edilmiş, xidmətin fəaliyyəti üçün tələb olunan avadanlıqlar, yəni həm mərkəzi baza sistemi avadanlıqları, həm də mobil operatorların şəbəkələrində tələb olunan avadanlıqlar quraşdırılıb, mobil operatorların şəbəkədaxili yığımları standart formata uyğunlaşdırılıb, aidiyyəti müqavilələr bağlanılmış və müvafiq test-sınaq işləri həyata keçirilərək müvəffəqiyyətlə başa çatdırılıb. Bu xidmət sayəsində mobil rabitə abonentləri operator tərəfindən onlara satılan prefiksləri (050,051,055, 070, 077) dəyişmədən bir operatordan digərinə keçə biləcəklər. Bu xidmət ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində abunəçinin istifadə etdiyi mobil telefon nömrəsinin (şəbəkə kodu və nömrəni saxlamaq şərti ilə) həmin abunəçiyə xidmət göstərən mobil operatorun şəbəkəsindən çıxarılaraq digər mobil operatorun şəbəkəsinə daşınmasına imkan yaradır. Qeyd olunan xidmətin respublikamızda ilk dəfə tətbiq edildiyi və bununla bağlı abunəçilərin xidmətə olan maraqları nəzərə alınaraq, mövcud şəbəkələr və müştəri xidmətlərinin tam hazırlıq vəziyyətinə gətirilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən aidiyyəti operatorlara müvafiq tapşırıqlar verilmişdir. Xidmətin əsas məqsədi mövcud telekommunikasiya bazarında rəqabətin artırılmasına, operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə, nömrə resurslarından effektiv istifadənin təmin edilməsinə, istehlakçı hüquqlarının qorunmasına, abunəçilərin daha səmərəli xidmət təklifi təqdim edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdan ibarətdir.

Sizin Reklam Yeriniz