news Image
2014.02.03
15:57
| A A A
"Mən yaşamaq istəyirəm!"
Tibb tələbəsi Teyfurun amansız xəstəliklə mübarizədə sizin dəstəyinizə ehtiyacı var

Azərbaycan Tibb universitetinin 5-ci kurs tələbəsi Xasməmmədov Teyfur Teymur oğlu 1 ildir ki, "kəskin limfoblast leykoz" xəstəliyindən əziyyət çəkir. Bu müddətdə Elmi Tədqiqat Hematologiya İnstitutunda müalicə alsa da, sağalma əldə edilmir. Teyfurun tezliklə sümük iliyi transplantasiyası əməliyyatı keçirməsi onun yaşaması üçün yeganə ümiddir. 

Türkiyədə keçirilməli olan bu əməliyyat üçün külli miqdarda vəsait lazımdır. Amma, təəssüf ki, ailəsinin maddi imkanı əməliyyatın xərclərini qarşılamağa kifayət etmir. 

Sabah bəlkə də minlərlə insanın həyatını xilas edə biləcək gələcək həkimin həyatını bu gün biz xilas edək!

Maddi yardım etmək istəyənlər Tibb universitetinin "11 mərtəbəli" tədris binasının girişindəki ianə qutularına yaxınlaşa bilər. 



Əlaqə nömrələri: (070) 579 82 07-Tural

                            (070) 579 82 06-Şəhriyar

                            (055) 856 68 88-Firdovsi

                            (050) 595 18 36-Ülvi


Beynəlxalq bankdakı AZ71lBAZ33801019442243515207 saylı hesaba pul köçürə və təşkilatçılarla da əlaqə saxlaya bilərsiniz.