Əlaqə Arxiv
news Image
2014.02.03
15:57
| A A A
Ziya Məmmədovdan taksi sürücülərinə sərt tələb-Özəl
Namiq Həsənov: "Lisenziyanın tələblərində də nəzərdə tutulub ki, sayğac quraşdırılmayan taksilərə lisenziya verilməəcək" Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə qarşı yeni tələb hazırlanır. Bu barədə Movqe.az-a Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib. N.Həsənov bildirib ki, hazırda şəxsi maşınından taksi kimi istifadə edənlər fərqlənmə nişanı alsalar da lisenziyasız fəaliyyət göstərirlər: "Bundan sonra taksi xidməti göstərən avtomobillərdə sayğacın quraşdırılması tələb kimi qoyulacaq. Taksi xidməti ilə məşğul olmaq istəyənlər 5 il müddətinə lisenziya alarkən onlara sayğac quraşdırılması tələb kimi qoyulacaq. Hansı taksi bu tələbə əməl etməyəcəksə ona lisenziya verilməyəcək. Yaxın gələcəkdə bütün taksilərə sayğac quraşdırılması tələb kimi qoyulacaq".
Qar yağandan paytaxtda taksi xidməti göstərən avtomobillərin süni qiymət artımından şikayətlərə gəlincə, N. Həsənov məsələyə belə münasibət bildirib: "Biz sərnişinləri səsləyirik ki, sayğacı olan taksilərin "London"taksilərinin xidmətindən yararlansınlar. Sayğac olmayan taksilərin fəaliyyəti isə qanunsuz sayıldığından biz onların qiymət siyasətinə müdaxilə edə bilmirik".
Movqe.az-ın fərqlənmə nişanı olan taksilərdə də anoloji vəziyyətin olmasına dair sualına N. Həsənov həmin taksilərin də qanunsuz fəaliyyət göstərdiyini söyləyib: "Fərqlənmə nişanı üçün taksi xidməti göstərənlərin ödədiyi aylıq məbləğ vergidir. Onlar 150 manat ödəyərək 5 illik lisenziya almalıdırlar. Lisenziyanın tələblərində də nəzərdə tutulub ki, sayğac quraşdırılmayan taksilərə lisenziya verilməəcək".
Sizin Reklam Yeriniz