news Image
2014.02.03
19:15
| A A A
“Heydər Əliyev” ordeni dəyişdi
Milli Məclisinin bu gün keçirilən iclasında “Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında” qanuna dəyişiklik qəbul edilib

Milli Məclisin plenar iclasında prezident İlham Əliyevin imzası ilə parlamentə daxil olmuş "Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" qanununda dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi qəbul edilib.Dəyişikliyə əsasən, "Heydər Əliyev" ordeni ulduzdan, orden zəncirindən və nişandan əlavə, döş nişanından ibarət olacaq.


Ordenin təsvirindəki on dördüncü hissə ləğv edilir, əvəzində on beşinci - iyirmi üçüncü hissələr əlavə edilir. "Heydər Əliyev" ordeninin döş nişanı üzərinə ağ mina çəkilmiş dördguşəli ornament şəklində altlıqdan ibarət olacaq. 


"Heydər Əliyev" ordeninin döş nişanı üzərinə ağ mina çəkilmiş dördguşəli ornament şəklində altlıqdan ibarətdir. Altlığın dörd guşəsinin hər birində yerləşən səkkizguşəli ulduz formalı elementin hər birinə 1 ədəd brilyant daş bərkidilir. Altlığın üzərində, guşələri altlığın guşələrinə çarpaz olmaqla, göy minalı dördguşəli ornamentli lövhə yerləşdirilir. Göy minalı ornamentin dörd guşəsinin hər birinə 1 ədəd brilyant daş bərkidilir".

Əlavəyə görə, döş nişanının mərkəzində tünd qırmızı mina ilə örtülmüş lövhə, lövhənin mərkəzində Heydər Əliyevin barelyefi yerləşir. Barelyef çarpazlaşmış, kvadratşəkilli iki çərçivə ilə haşiyələnir. Hər çərçivəyə 56 ədəd brilyant daş bərkidilir.

Döş nişanı 28 mm x 28 mm ölçüdədir, arxa hissəsinə seriyası və nömrəsi həkk olunur.