news Image
2014.02.03
20:20
| A A A
Misir Mərdanov komissiya yaratdı

AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən AMEA Riyaziyyat və Mexanika İnstitutunda Attestasiya Komissiyasının tərkibi müəyyənləşdirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Attestasiya Komissiyası yaradılıb. AMEA-nın saytında verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarına əsasən AMEA Riyaziyyat və Mexanika İnstitutunda Attestasiya Komissiyasının tərkibi müəyyənləşdirilib. 


Komissiya üzvləri ilə tanış olan institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov bildirib ki, attestasiya elmi işçilərin tutduqları vəzifələrə uyğun araşdırma məqsədi ilə peşəkar fəaliyyətin qiymətləndirilməsi əsasında aparılır. 


Diqqətə çatdırılıb ki, attestasiya elmi işçilərin tədris və yaradıcılıq imkanlarının səmərəli istifadəsinə, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, kadrların seçilməsinin, hazırlanmasının və yerləşdirilməsinin optimallaşdırılmasına, elmi işçilərin mənəvi və maddi maraqlarının yüksəldiləsinə xidmət edir.


Qeyd edək ki, "Azərbaycan Respublikasında elm işçilərin attestasiyasının keçirilməsi Qaydaları" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 16 iyul tarixli 181 nömrəli qərarı ilə təsdiq edilib.