news Image
2014.02.03
19:40
| A A A
Ermənistandan sığınacaq istəyən azərbaycanlının anası danışdı

Mirvari Orucova oğlunun Ermənistana ailəsilə birgə keçmək istəyindən xəbərsiz olduğunu bildirib

Qərb dövlətlərində sığınacaq ala bilmədiyi üçün yanvarın 29-da Ermənistan - Gürcüstan sərhədindəki Baqrataşen nəzarət buraxılış məntəqəsinə müraciət edərək Ermənistana keçmək istəyən Cavid Orucovun anası Mirvari Orucova ANS-ə danışıb. 

Mirvari Orucova bildirib ki, oğlunun Ermənistana ailəsilə birgə keçmək istəyindən xəbərsiz olub və 3 gün idi ki, oğlunun ailəsindən heç bir xəbəri olmayıb. 

Xatırladaq ki, Mirvari Orucova 11 saylı internat evinin direktorudur. O, uşaqlıqdan Cavidin sözəbaxan olmadığını, ikinci həyat yoldaşı olan erməni əsilli Röya Mirzoyeva ilə öz istəyilə ailə qurduğunu deyib.