news Image
2012.06.06
16:16
| A A A
Disneyə məxsus kanallar yemək reklamlarını məhdudlaşdırır

Movqe.Az xarici mediaya istinadən bildirir ki, çox güman, siz hamınız uşaqlarınızın televiziya kanallarında gördükləri yüngül qəlyənaltıları tez-tez istədiklərinin şahidi olmusunuz.

Bu vəziyyətin qarşısını almaq üçün, Disney ona məxsus olan kanallarda 12 yaşdan aşağı uşaqlar üçün yayımlanan proqramlar ərzində verilən qida rekamlarını məhdudlaşdıracaq. Buraya həm cizgi filmlər, həm də canlı verilişlər daxildir.

Gənc uşaqlar üçün fasilələrdə yayımlanılacaq yemək reklamları Disneyin ciddi nəzarəti altında olacaq.

İctimai Maraqlar üzrə Elm Mərkəzindən Marqo Uotan bildirib ki, "Bu o demək deyil ki, sizin uşaqlarınız hər vaxt yalnız meyvə və tərəvəz reklamları görəcək, bu reklamlar yalnız lazımsız qidaları hədəf alacaqdır.

Disney həmçinin uşaqlarda köklük xəstəliyinə qarşı proqramlar da hazırlayır. Belə ki, Disneyə məxsus parklarda uşaqlara təqdim edilən yeməklərdə natrium təxminən 25 faizə qədər azaldılacaq və daha çox xeyirli qidalar təqdim olunacaq. 

Bundan əlavə, supermarketlərdə Disney lisenziyalaşdırılmış məhsulları görməyə başlayacaqsınız. Bu məhsullar "Good for you- fun too" şüarı ilə "Mickey" logosunu özündə əks etdirəcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs