news Image
2014.02.04
09:15
| A A A
Hidrometeoroloqlardan hava xəbərdarlığı
Movqe.az, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil etsədə, gün ərzində bəzi ərazilərdə qısamüddətli zəif qar yağacağı ehtimal olunur. Gündüz mülayim cənub-qərb küləyi əsəcək. Gecə və səhər yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 6-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı, lakin Lənkəran-Astara zonasında qar yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək. Yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 15-20, yüksək dağlıq ərazilərdə 20-25, gündüz 4-9 dərəcə şaxta olacağı gözlənilir. Fevralın 06-dək Abşeron yarımadasında gözlənilən soyuq diskomfort şəraiti meteohəssas insanlar üçün əlverişsiz olsa da, havanın oksigenlə zəngin olması müsbət amildir.