İranda mina partlayıb, bir uşaq ayağını itirib
İranın Kirmanşah vilayətində İran-İraq müharibəsi dövründən qalmış minanın partlaması nəticəsində bir azyaşlı uşaq ağır yaralanıb.
Movqe.az-ın məlumatına görə, hadisə fevralın 3-də Qəsrəşirin rayonunda baş verib. Partlayış nəticəsində 10 yaşlı uşaq sağ ayağını itirib.
Qeyd edək ki, İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan vilayətinə hücumu ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatıb və hər iki dövlətin sərhədləri müharibədən əvvəlki vəziyyətdə qalıb. Ancaq hər il İran-İraq müharibəsi dövründən qalmış minaların partlaması nəticəsində xeyli adam ölür və yaralanır.