news Image
2014.02.04
11:11
| A A A
Paytaxtda səkilər buz meydançasına çevrilib

Paytaxtda havanın qarlı-şaxtalı keçməsi bəzi yerlərdə piyadaların hərəkətini iflic edib. Paytaxtın əsas yolları qardan təmizlənsə də, səkilər, məhəllə daxili yollar buz meydançalarını xatırladır. Binəqədi, Səbael və sair rayonlarında səkilər təmizlənsə də əksər rayonlarında piyadalar buzda sürüşə-sürüşə hərəkət etməli olurlar. Elə bu səbəbdən də buzda sürüşərək xəsarət alanların statistikası günü-gündən böyüyür.  Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova Movqe.az-a açıqlamasında bildirib ki,ötən sutka ərzində (dünən səhər 09:00-dan bugün saat 09:00-dək) yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 14 nəfər müraciət edib. Fevral ayının 1 və 2-ə bu rəqəm 50-dən çox idi. Bəs görəsən paytaxtda məhəllədaxili yolları,  səkiləri təmizləmək hansı qurumun səlahiyyətindədir. Bakı Şəhər İcra Hakimiyyətinin Qış Qarajının dispetçeri İlqar Əhmədov Movqe.az-a açıqlamasında deyib ki, səki və məhəllədaxili yoları təmizləmək MİS-lərin əməkdaşlarının işidir: "Qəsəbələrdə bu işi bələdiyyələr, Bakının rayonlarında isə MİS-lər görməlidirlər. Biz nə qədər ehtiyac varsa qarajdan o sayda da qartəmizləyən maşınları ərazilərə göndədiririk. Yollara duz, qum səpilir".