news Image
2014.02.04
11:44
| A A A
Məktəblilər atıcı silahları söküb-yığıblar

Azərbaycan-Avropa Məktəbinin şagirdləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində olublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, orta məktəb şagirdləri arasında hərbi-vətənpərvərlik şüurunun formalaşması və gənclərin çağırışaqədərki hazırlığının təşkili məqsədilə Azərbaycan-Avropa Məktəbinin şagirdləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində olublar. Məktəblilər burada yaradılmış şərait, şəxsi heyətin xidməti və ərazi ilə tanış olub, komandanlıqla görüşüblər. Onlara Mərkəzin tarixi haqqında məlumat verilib. Sonra şagirdlər atıcı silahların sökülüb-yığılması, lazer trenajorlarında hazırlıq və tank əleyhinə idarəetmə qurğuları ilə praktiki çalışmaları yerinə yetirib. Atəş şəhərciyində Mərkəzin təlimatçıları tərəfindən zirehli texnikanın məşq qurğularında çalışmaların yerinə yetirilməsi şagirdlərə nümayiş etdirilib.