news Image
2014.02.04
17:49
| A A A
Quş qripi öldürməyə davam edir!

Çində quş qripinin yeni növü H7N9 virusu səbəbiylə iki adam daha həyatını itirdi. 


Ölkənin cənubundakı Guangdong əyaləti ilə orta seqmentindəki Hunan əyalətində ölən iki adamın da qanadlı heyvanlarla təmasda olduğu ifadə edildi. 


Çin daxilində yanvar ayından bu yana H7N9 virusu səbəbiylə 25 adam həyatını itirərkən, 113 adamın virusa tutulduğu açıqlandı. Səlahiyyətlilər, hadisələrin sıx olaraq ölkənin şərq və cənub əyalətlərində görüldüyünü qeyd etdi. 


Çinin ənənəvi yeni il tətili müddətində hadisələrdə artım müşahidə edildiyi və xalq arasında virusun insandan insana keçdiyinə istiqamətli narahatlıqlar olduğu ifadə edilir. Mütəxəssislər, xəstəliyin insandan insana bulaşmasıdır "hələ o qədər də mümkün olmadığını" müdafiə edir.