news Image
2014.02.04
16:54
| A A A
MTRŞ-dan telekanallara qadın bezlərinin reklamı ilə bağlı tövsiyyə
Təvəkkül Dadaşov: "Biz telekanallara həmin reklamların saat 23:00-dan sonra efirə getməsini tövsiyyə etmişik" "Bəzi reklamlar var ki, biz telekanallara həmin reklamların saat 23:00-dan sonra efirə getməsini tövsiyyə etmişik. Amma həmin reklamlar hazırda gündüz saatlarında da efirə verilir". Bu sözləri Movqe.az-a açıqlamasında Milli Teleradio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov məlumat verib. T. Dadaşov bildirib ki, qadın bezlərinin reklamlarında mətn və görüntüdə xüsusi açıq-saçıqlığa yol verilmədiyindən telekanallara bu irad kimi tutulmur: "İndi xarici telekanallar da qadın bezlərini gündüz reklam edirlər. Əsas odur ki, çox açıq saçıqlığa yol verilmədən bu reklamlar aparılsın. Düzdür bununla bağlı qanunvericilikdə qadağa yoxdur, amma ümumi qaydalarda nəzərdə tutulur ki, bu cür reklamlar saat 11-dən sonra efirə verilsə yaxşıdır".

Onun sözlərinə görə, aparılan monitorinqlər zamanı bəlli olub ki, Azərbaycan telekanallarında bu tip reklamlar, qadın bezlərinin reklamında açıq-saçıqlığa yol verilmir: "Yəni etik qaydalara riayət edilməklə bu cür məhsullar reklam edilir. Gələcəkdə bu cür məhsulların reklamında açıq-saçıqlığa yol verilərsə təbii ki, telekanallara bu irad kimi bildiriləcək".