news Image
2014.02.05
11:20
| A A A
İstanbulda türkdilli dövlətlərin biznes forumu keçiriləcək

Türkiyədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin biznes forumu keçiriləcək.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) "APA-Economics"ə verilən məlumata görə, fevralın 19-da İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin biznes forumu və Türk Biznes Şurasının iclasının keçirilməsi nəzərdə tutulub.

 

Foruma Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən nümayəndələr qatılacaq. Forumun Türkiyə Ticarət və Sənaye Palatasının binasında keçirilməsi planlaşdırılır.

 

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Toplantıda iştirak etmək istəyən iş adamları Azpromo-ya müraciət edə bilərlər.