Əlaqə Arxiv
news Image
2014.02.05
11:09
| A A A
Qalib jurnalistlər mükafatlandırıldı
Bu gün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  (RİTN) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi Fərdi Jurnalist yazıları müsabiqəsinin yekunlarına həsr edilmiş tıdbir keçirilib. Movqe.az xəbər verir ki, tədbirdə bildirilib ki, RİTN və  KİVDF 2013 cü ilin İnformasiya Texnologiyaları ili elan olunması ilə əlaqədar jurnalistlər arasında fərdi jurnalist yazıları müsabiqəsi elan edib. Müsabiqəyə sənəd qəbulu 18 noyabr 2013-cü il tarixdən, 18 dekabr 2013-cü il tarixə qədər davam edib. Müsabiqəyə 5 istiqamət üzrə ümumilikdə 38 jurnalist yazı təqdim etmişdir. Yazılar ekspertlər tərəfindən qiymətləndirildikdən sonra hər istiqamət üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri müəyyənləşdirilib. 5 istiqamət üzrə ümumilikdə 15 jurnalist əsas mükafata layiq görülmüşdür. Bundan əlavə 15 jurnalist həvəsləndirici mükafat alıb. Bu gün RİTN-də  müsabiqə qaliblərinin mükafatlandırılması ilə bağlı yekun tədbir keçirilib.
Movqe.az xəbər verir ki, aşağıdakı istiqamətlər üzrə qalib jurnalistlər bunlardır:

" Azərbaycanda sosial şəbəkələrin müasir inkişaf tendensiyaları"

 1-ci yer-İsrafilov Orxan Vahid oğlu- "Azərbaycanda sosial şəbəkələrin müasir inkişaf tendensiyaları"- "İki-sahil" qəzetinin bölmə müdiri
2-ci yer-Bayramov Mübariz Ramiz oğlu-  " Azərbaycanda sosial şəbəkələrin müasir inkişaf tendensiyaları" - "Mövqe"qəzetinin müxbiri
3-cü yer- Qəribli Məhəmmədəli Qərib oğlu- " Azərbaycanda sosial şəbəkələrin müasir inkişaf tendensiyaları" -"Bakı Xəbər"qəzetinin müxbiri

"İKT-nin inkişafında start-up layihələrinin yeri və rolu"

1-ci yer-Bayramov Rasim Məzahir oğlu-"Mövqe" qəzetinin Baş redaktoru
2-ci yer-Ədilzadə Ədil Tahir oğlu- "Ədalət qəzeti"nin müxbiri
3-cü yer- Nəsirli Akif Sovet oğlu- "Paralel"  qəzetinin redaktoru
  Bu istiqamət üzrə Salahov Elxan İsa oğlu- "Həftə içi" qəzetinin redaktoru, Hüseynzadə Fuad Abı oğlu- "Palitra" qəzetinin müxbiri həvəsləndirici mükafata layiq görülüblər.

"Azərbaycan Virtual məkanda"
1-ci  yer- Kazımova Lalə Musa qızı- "Kaspi" qəzetinin müxbiri
2-ci yer- Əhmədov Namiq Qədim oğlu- "Xalq" qəzetinin əməkdaşı
3-cü yer-Tağıyev İlqar Vaqif oğlu- "525"ci qəzet"
inin şöbə müdiri

Bu istiqamət üzrə həvəsləndirici yerlərə- Nurullayeva Nəzirə Rafiq qızı-"The Busines Times" qəzetinin Baş redaktoru, Yusifova Dilşad Xaqani qızı,  Vəliyev Fariz Əhməd oğlu-"Futbol+ qol" qəzetinin  Baş redaktoru

"İnternetdə və İnformasiya cəmiyyətində insan hüquqları"

1-ci yer-Əliyev Azad Akif oğlu-""Həftə-içi" qəzetinin müxbiri,
2-ci yer-Nuriyeva Sevinc Rasim qızı- "Yeni Azərbaycan" qəzetinin müxbiri,
3-cü yer-Səfərova Samirə Məmmədhənifə qızı-"Bakı xəbər" qəzetinin baş redaktor müavini
 bu istiqamət üzrə həvəsləndirici yerə- Xəlilov Ruslan Qaçay oğlu-"Teleqraf.com" agentliyinin readaktoru, Cürənov Ramiz Mikayıl oğlu- "Lent.az" informasiya agentliyinin müxbiri, Kazımov Xalid Vahid oğlu- "Üç nöqtə"qəzetinin müxbiri, Əliyev Məhərrəm Ağalar oğlu- "İki sahil" qəzetinin müxbiri, Əhmədova İradə Məmməd qızı- "Olaylar " informasiya agentliyinin   redaktoru, Şahməmmədov Murad Məmmədşah oğıu- "Oxu məni" qəzetinin müxbiri, Ağayev İlkin Ağahüseyn  oğlu-"Palitra" qəzetinin siyasət şöbəsinin müdiri, Zeynalov Mahir Həmzə oğlu-"Xalq Cəbhəsi"qəzetinin redaktoru

"Mobil nömrələrin daşınmasının istifadəçi hüquqlarının qorunmasında rolu: gözləntilər və üstünlüklər
1-ci yer- Sarıyeva İradə Murad qızı-"Bakı Xəbər" qəzetinin müxbiri,
2-ci yer-Güləliyev Samir İntiqam oğlu-  "Olaylar " informasiya agentliyinin müxbiri,
3-cü yer-Abbaslı Tahir Tapdıq oğlu- "Paralel" qəzetinin müxbiri,
Həvələndirici yerlər-Osmanova Sevinc Gülməmməd qızı- "Həftə-ici"qəzetinin müxbiri,
Əhmədova Aynurə Akif qızı- "Ayna Zerkalo" qəzetinin müxbiri
 
Sizin Reklam Yeriniz