Əlaqə Arxiv
news Image
2014.02.05
15:29
| A A A
Dövlət Neft Fondu ucqar kəndlərə internet çəkmək üçün pul ayıracaq
Bu il ən ucqar yaşayış məntəqələri genişzolaqlı internetlə təhciz olunacaq. Movqe.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında rabitə və informasiya texnnologiyaları nazirinin müavini İltimas Məmmədov söyləyib. İ. Məmmədov bildirib ki, yaxın günlərdə bu proqramın təsdiqi gözlənilir: "Yaxın bu il ərzində layihənin tətbiqinə başlanılacaq. Biz bütün rayon mərkəzlərində optik xətlər çəkmişik, kəndlərə qədər bu xətlər hazırdır. Amma bəzi ucqar dağ kəndləri var ki, həmin ərazilərə  ciddi maliyyə resursları, yeniliklər texnologiyalar tələb olunur ki, külli miqdarda vəsait tələb olunur.  Bu nazirliyin və  "Aztelekom" İstehsalat Birliyinin imkanı daxilində deyil. Ona görə də proqram hazırlanır ki, Dövlət Neft Fondu tərəfindən ayrılan vəsaitlə bu il ərzində bir hissəsi yerinə yetiriləcək 2016-cı ilin sonunadək tam olaraq  başa çatması nəzərdə tutulur".   
Sizin Reklam Yeriniz