Əlaqə Arxiv
news Image
2014.02.05
18:48
| A A A
Səhiyyə Nazirliyindən 5 klinikaya XƏBƏRDARLIQ - SİYAHI

"Səhiyyə Nazirliyi 5 özəl klinikaya ciddi xəbərdarlıq edib".  Bunu Movqe.az-a açıqlamasında  nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib. Nazirlik sözçüsü vurğulayıb ki, fəaliyyətində nöqsanlar aşkar edildiyi üçün "Laçın", "HB Güvən", "Fin Azərbaycan", "Ava Skandinaviya", "Hind" klinikalarına xəbərdarlıq olunub: "Nazirliyin xəbərdarlığında klinikalara həmin qüsurları qısa bir vaxt ərzində aradan qaldırılması da öz əksini tapıb".
"Nazirlik digər tibb müəssisələrində yoxlamalar aparacaqmı?" sualına A. Qədirli belə cavab verib: "Səhiyyə Nazirliyi digər qurumlarla birgə mütəmadi olaraq yoxlamalar aparır".

Sizin Reklam Yeriniz