news Image
2014.02.05
19:09
| A A A
İnternetin sürəti zəifləyib

İnternetin sürətini hesablayan Speedtest.net saytı Azərbaycanda son bir ayda İnternetin sürətinin 19% azaldığını qeyd edib. Hal-hazırda ölkəmizdə internetin sürətinin 4,29 meqa bit saniyə olduğu göstərilib. Bu göstəriciyə görə, reytinq cədvəlində Azərbaycan 131 -ci yerdə qərarlaşıb. Bu siyahıda, hətta Ermənistan ölkəmizdən 58 pillə öndədir. İlk baxışdan bu qəribə görünsə də, ekspert Osman Gündüz hesab edir ki, əslində bu reytinq həqiqəti əks etdirir. Elə o özü də xüsusi proqramla internetin sürətini ölçdü və məlum oldu ki, sürət deyildiyindən xeyli aşağıdır. Bu isə bir neçə amillə izah olunur. Son dövrlər ölkəmizə daxil olan trafikin həcmi artsa da, bu həcm artan təlabatı ödəyə bilmir. Amma sürətin artırılmasına imkan verməyən başqa səbəblər də var. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə ölkəmizdə internetin sürətinin azalması ilə razılaşmır və əksinə son zamanlar sürətin artdığını qeyd edir. Xatırladaq ki, internet həcmlərinin ötürülməsi üçün yüksək keyfiyyətli fiberoptik kabellərin çəkilməsi məqsədilə Dövlət Neft Fondu 400 milyon manat ayıracaq. Artıq bu vəsaitin bir hissəsinin istifadəsinə başlanıb.