news Image
2014.02.05
23:27
| A A A
Tibb Universitetinin 2 müəllimi dəm qazından öldü
Yasamal rayonunun Hüseyn Cavid prospektində yerləşən binada 2 nəfər dəm qazından boğulub. Movqe.az-ın FHN-ə istinadən məlumatına görə, xilasedicilər mənzilin qapısının dəfələrlə döyülməsinə reaksiya verilmədiyini görərək beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən 1939-cu il təvəllüdlü Xudaverdiyeva Həqiqət Mustafa qızı və 1940-cı il təvəllüdlü Babayev Nizami Ələkbər oğlu hərəkətsiz vəziyyətdə aşkarlanıb. İlkin müayinə nəticəsində H.Xudaverdiyevanın və N.Babayevin vəfat etdiyi müəyyən olunub. Yasamal rayon polis idarəsinin 26-cı polis bölməsinin növbətçisi ölüm hadisəsini təsdiq edib. Alınan məlumata görə dünyasını dəyişənlər ər-arvad olub və onların hər 2-si Tibb Universitetinin müəllimidir. Onların iki övladı və nəvələri var. Pərviz adlı oğullarının da Tibb Universitetində çalışdığı bildirilir.