Əlaqə Arxiv
news Image
2014.02.05
23:31
| A A A
Sədərək bazarından Suriyaya döyüşə gedənlərlə bağlı açıqlama
Böyük ticarət mərkəzlərində , o cümlədən Sədərək bazarında vəhhabi təriqətinə mənsub insanlar çoxluq təşkil edir və həmin yerlərdə hüquq -mühafizə orqanları nəzarəti gücləndirməlidirlər.
Millət vəkili Cavanşir Paşazadə deyir ki, Suriyada özlərinə cənnət axtaran radikal qruplaşmaların bir hissəsi də həmin yerlərdədir. Hansı ki, vəhhabi, sələfi və digər təriqət mənsubları insanların çoxluq təşkil etdiyi yerlərdə təbliğat apararaq din kontekstdən çıxarılır, dövlətçilik, müstəqiliyimiz əleyhinə işlər görülür. Adı çəkilən iri ticarət mərkəzlərindən birində Sədərək bazarında olduq. Öyrəndik ki, bu səhərdən ticarətlə məşğul olan bəzi şəxslərin siyahısı tutularaq, barələrində şəxsi məlumatlar qeydə alınıb. Artıq 4 ildir ki, Sədərəkdə ticarətlə məşğul olan Süleyman Mikayılov deyir ki, burada heç bir təbliğat aparılmır. Süleymanla bərabər daha bir neçə nəfər Sumqayıt şəhərindən burda çalışırlar. Özünü sələfi adlandıran İsa Arxməmmədov da Suriyaya döyüşə gedənlərin buradan maliyyələşməsi, təbliğat aparılması barədə deyilənləri təkzib edir.  Sədərək ticarət mərkəzinin rəhbərliyi isə vəziyyətin nəzarətdə olduğunu deyir. Aldığımız məlumata görə Sədərəkdə vəhhabi təriqətinə mənsub şəxslərin siyası hazırlanıb və onların sayı 38 nəfərdir. Bildirildi ki, burda heç kimə dininə və təriqətinə görə fərq qoyulmur. Bura gələnlər ticarətlə məşğul olur və onların sayı 20 mindən çoxdur.
Sizin Reklam Yeriniz