news Image
2014.02.06
10:37
| A A A
Bakıda məktəbli qız itkin düşüb

Bakıda məktəbli itkin düşüb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Elnarə Abbasova 9-cu polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, 1999-cu il təvəllüdlü qızı Aydan Arif qızı Əmirxanlı yaşadığı Mərdanov qardaşları-122 ünvanından fevralın 5-də Fəvvarələr meydanına getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Qeyd edək ki, A.Əmirxanlı 8-ci sinif şagirdidir.  Hazırda polis itkin düşən məktəblinin tapılması istiqamətində iş aparır.