Yenilənib18:30Bakı şəhərinin mərkəzinin müfəssəl planına uyun
olaraq, hazırkı qış parkından Nərimanov prospektinə kimi olan
ərazilər tamailə sökülərək yerinə park salınacq. Bunu Movqe.az-a açıqlamasında Bakı Dövlət Layihə
İnstitutunun direktoru İlqar İsbatov bildirib. Onun sözlərinə görə,
Mirzağa Əliyev küçəsindən - yəni Dövlət Dram Teatrının arxa
hissəsindən başlayaraq, Təzəpir Məscidinə kimi olan ərazi tamamilə
söküləcək. Təxminən 40 hektar ərazidə yeni standartlara uyğun park
salınması nəzərdə tutulur. Eyni zamanda ikinci mərhələdə Nərimanov
prospekti ətrafından Hüseyn Cavid bağına kimi olan ərazinin də
sökülərək yenidən qurulması planlaşdırılır.
***
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda söküləcək evlərin
sayını açıqlayıb. Movqe.az-a eksklüziv
açıqlama verən BŞİH-nin aparatının rəis müavini Zülfəli İsmayılov
bildirib ki, artıq müəyyənləşdirmə işlərinin bir qismi başa çatıb.
Müfəssəl planda öz əksini tapan ərazilərdə söküntünün aparılması
üçün Maliyyə Nazirliyi, Yol Servis İdarəsi və Yasamal Rayon İcra
Hakimiyyəti birgə iş aparır. Ərazilər ölçülür. "Bu plana
əsasən söküntüyə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının
yuxarı hissəsindən start veriləcək. AZdrama-nın aşağı hissəsində
məlum olduğu kimi söküntü işləri aparıldı və yeni park salındı.
Artıq söküntü işlərinin aparılması üçün maliyyə ayrılıb. Bəzi
ərazilərdə söküntüyə başlanılıb. Vətəndaşlara kompensasiya verilir.
Məlumata görə, Yasamal rayonu ərazisində 10 mindən çox evin
söküntüsü nəzərdə tutulur".
Movqe.az məsələ ilə bağlı daha ətraflı məlumat almaq üçün Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən bildiriblər ki, söküntü işlərinin aparılması ilə bağlı İH-də işçi qrup yaradılıb. Başçının birinci müavini Səməd İslamov İşçi qrupunun rəhbəri təyin edilib.
Qeyd edək ki, müfəssəl planda söküntünün Azdramanın yuxarısndan başlanılaraq H.Cavid bağınadək uzanacağı göstərilib