news Image
2014.02.06
13:15
| A A A
Homoseksual müdafiəçisi yazıçılar Putinə məktub yazdılar

"Rusiyanın eynicincslilər və dinə qarşı olan qanunları azadlığa bir təhlükədir" bu sözlər 30 ölkənin 200 yazıçısı tərəfindən Rusiyaya göndərilmiş açıq məktubda yazılıb.Bu haqda Movqe.Az "The Guardian"a istinad edir.

Təxminən 200-ə yaxın məşhur yazıçı ittifaq yaradaraq Soçi Qış Olimpiyadaları ərəfəsində Rusiyaya anti-gey və dini zorakılıqlarla bağlı açıq məktub göndərib. Bu yazıçılar arasında Günter Grass, Salman Rushdie, Margaret Atwood and Jonathan Franzen da var. Açıq məktub bugün "The guardian" qəzetində yayımlanıb. Açıq məktub Rusiyanın ötən il qəbul etdiyi eynicinsli qaununu pisləyir.

Ötən ay Prezident Vladimir Putin eynicinslilərində ölkəyə gəlmələrinə xoş baxdıqlarını deyib. Putin : "Biz eynicinsli münasibəti qadağan etmirik, homoseksuallıq və Padofilia propaqandasını qadağan edirik". 

Xatırladaq ki, dünən Eynicinsli hüquqalarının müdafiə edilməsini istəyən aktivistlər Soçi Olimpiadalarına iki gün qalmış Rusiya hökümətində etiraz dalğası başlatmışdı.  Etirazçılar ziddiyyətli homoseksual qanunları olan Rusiya Soçi Olimpiadalarına sponsurluq edən məşhur firmaları qınamışdı. Bu firmalara McDonald's, Coca-Cola, Samsung and Visa kredit kartları daxil edilmişdi.