Əlaqə Arxiv
news Image
2014.02.06
18:59
| A A A
Taner Yıldız: Ankara İraq qazının idxalını İran, Rusiya və Azərbaycandan tədarüklərdən üstün tuta bilər
Ankara İraq qazını hazırda İran, Rusiya və Azərbaycandan idxal olunan qazdan üstün tuta bilər. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Haberler" qəzeti yazıb.

Nazirin sözlərinə görə, İraq Türkiyə ilə həmsərhəd olduğuna görə bu ölkədən idxal olunan qaz üçün İrandan, Rusiyadan və Azərbaycandan idxal olunan qaza nisbətən az pul ödəmək lazım gələcək.

İraqın kürd muxtariyyəti 2016-cı ilin sonundan Türkiyəyə qaz ixrac etməyi planlaşdırır. Türkiyəyə tədarük ediləcək qazın ilkin həcmi 20 milyard kubmetr təşkil edəcək.
Sizin Reklam Yeriniz