news Image
2014.02.06
18:13
| A A A
Suriyada daha iki Azərbaycan vətəndaşı öldürüldü (FOTO)

Mücahidlərə məxsus saytlar Suriyada daha iki Azərbaycan vətəndaşının öldürüldüyü barədə xəbər yayılıb

Suriyada daha iki Azərbaycan vətəndaşının öldürüldüyü barədə xəbər yayılıb. APA-nın xəbərinə görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.


Məlumata görə, "Əl-Nüsra Cəbhəsi" sıralarında Bəşər Əsədə qarşı vuruşan Fariz adlı azərbaycanlı hökumət qüvvələri tərəfindən öldürülüb. Onun Sumqayıtdan olduğu bildirilir. Mücahidlər onun meyitinin və ölümündən əvvəlki fotolarını sosial şəbəkələrdə yayıblar.


Bundan başqa, mücahidlər ötən ilin dekabrında Suriyada öldürülən daha bir azərbaycanlının fotosunu da sosial şəbəkələrdə yerləşdiriblər. "Ziko" ləqəbli həmin azərbaycanlının da Sumqayıt şəhərindən olduğu bildirilir.


Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.