news Image
2014.02.06
19:23
| A A A
İran prezidentindən Babək Zəncani haqda açıqlama
İran prezidenti Həsən Ruhani iş adamı Babək Zəncaninin korrupsiya faktı ilə bağlı "Niyə bu qədər neft bir adama verildi, anlamaqda çətinlik çəkirəm" sözlərini deyib. 

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ruhani İran dövlət televiziyasındakı canlı yayım zamanı "Niyə bu qədər miqdarda neft və pul bir adama verildi. Anlamaqda çətinlik çəkirəm. Rəqəm çox böyükdür. Təxminən ölkənin bir aylıq bütün gəlirinə bərabərdir " şərhini verib. 

İran prezidneti Həsən Ruhani Zəncaninin həbs qərarını da belə izah edib: "Bu adam pulların bu bankda, o bankda olduğunu söyləyirdi. Etdiyimiz ətraflı araşdırmada yalan söylədiyini anladıq. Hadisənin doğru olmadığı ortaya çıxanda birinci köməkçimdən korrupsiya məsələlərini qaldırmağı tələb etdim".

Xatırladaq ki, Zəncani prezident Ruhaninin korrupsiyaya qarşı mübarizə təlimatından sonra 30 dekabrda həbs olunaraq həbsxanaya aparılıb. 

Babək Zəncaninin Türkiyədəki 17 dekabr istintaqı çərçivəsində həbs olunan azərbaycanlı iş adamı Rza Zərrabın İrandakı ortağı olduğu deyilir.