news Image
2012.06.07
11:02
| A A A
USAİD-in Azərbaycandakı missiyasının direktorundan cəsarətli addım

Movqe.Az xəbər verir ki, Maykl Qrin facebook-da istənilən sualı cavablandıracaq. Facebook sosial şəbəkəsində III Sektor Qrupunun və qhtxeber.az saytının birgə layihəsi olan VİRTUAL DEBAT-ın növbəti qonağı USAİD-in Azərbaycandakı missiyasının direktoru Maykl Qrindir. Movqe.Az-ın məlumatına görə, Maykl Qrinə sualların ünvanlamasına artıq start verilib. Cənab Qrin ünvanlanan sualları cavablandırdıqdan sonra, cavablar III Sektor qrupunda yerləşdiriləcək və qhtxeber.az saytında dərc olunacaq.

Maykl Qrinə sualları bu xəbər yayıldıqdan sonra 2 gün müddətində ünvanlamaq olar.

Xatırladaq ki, 2011-ci ilin may ayından M.Qrin USAİD-in Azərbaycandakı missiyasının direktoru vəzifəsində çalışır. Bu vəzifəyə təyin olunmazdan əvvəl, o, 2009-cu ildən Qərbi Əfqanıstan üzrə Regional Platformanın direktoru olub. Bu vəzifədə USAID-in sabitlik və inkişaf proqramlarına nəzarət edib. 2005-2009-cu illərdə Qrin Peruda "Alternativ İnkişaf Proqramı"nın direktoru vəzifəsində çalışıb.

Həmçinin Qrin Horvatiyada Özəl Sektorun İnkişafı şöbəsinin rəhbəri, Dominikan Respublikasında icraçı baş müfəttiş, Boliviyada ofis rəhbərinin müavini, Banqladeşdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması proqramının koordinatoru və Ekvadorda Sahil Yenidənqurma Layihəsinin regional ofisinin rəhbəri də işləyib.

Maykl Qrin Minnesota Universitetində Siyasi Elmlər və Hüquq üzrə bakalavr dərəcəsini, habelə Corc Vaşinqton Unversitetində beynəlxalq maliyyə sahəsində magistr dərəcəsini almışdır.

Maykl Qrin 1957-ci il təvəllüdlüdür.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs