news Image
2014.02.07
14:25
| A A A
Təhsil Nazirliyindən məktəblilər üçün yeni layihə
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə "İçərişəhər" intellektual oyunlar klubunda "Nə? Harada? Nə zaman?" məktəb liqasına start verilib. Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" intellektual oyunlar klubu bu layihə çərçivəsində ölkə üzrə ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdlərinin əyləncəli intellektual hərəkata cəlb olunmasını nəzərdə tutur.  Məktəb liqasının ilk oyununda 11 komanda iştirak edib. Bakı şəhərindəki Zərifə Əliyeva adına liseyi təmsil edən "Birlik" komandası 24 sualdan 17-nə düzgün cavab verərək qalib adına layiq görülüb. Məktəb liqasının ikinci oyununda iştirakçı komandaların sayının ikiqat artacağı gözlənilir.
Yarışda iştrak etmək istəyənlər au@gametv.az elektoron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.