Əlaqə Arxiv
news Image
2012.06.07
13:32
| A A A
KİVDF-nin keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsinin - ELANI

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edir:


 İstiqamətin adı  Təklif olunan mövzular 



Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu 
 1) İnsan hüquqlarının təminatı ali məqsəddir (27 dekabr 2011-ci il tarixli "İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı" əsasında)

2) Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu

3) Ədalət mühakiməsinin səmərəli təşkilinə xidmət edən məhkəmə-hüquq islahatları



Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi 
1)  Söz azadlığı və jurnalistlərin peşə davranışı normaları: xarici və yerli təcrübə

2) Jurnalistlərin informasiya əldə etmək hüququnun qanunverici əsasları

3)  Kütləvi informasiya vasitələrində cəmiyyətin informasiya təhlükəsizliyinin qorunması 
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
1)" Şuşasız 20 il"

2) Qondarma "erməni soyqırımı" iddiaları tarixi saxtalaşdırmaq cəhdidir

 3) Dağlıq Qarabağ həqiqətləri qlobal informasiya məkanında



Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi  
1) İnkişafın Azərbaycan modeli: regionların sosial-iqtisadi inkişafı

2) Regionların tarixi məşğulluq ənənələri bərpa olunur (Konkret rayonun nümunəsi əsasında)

 3) Azərbaycanda nəhəng infrastruktur layihələri regional inkişafa təkan verir


İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi 
 1) Medianın inkişafında İKT-nin rolu

2) Azərbaycanda informasiya cəmiyyəti quruculuğu: elektron hökumət

3) Azərbaycanda kosmik sənayenin inkişaf perspektivləri



Uşaq və gənclərin fiziki və mənəvi inkişafı 

1) 2012-сi il "İdman ili"dir: fiziki və mənəvi kamilləşməyə aparan yol


2) Azərbaycan idmançıları beynəlxalq olimpiya hərəkatında


3) Azərbaycanı dünyada tanıdan xüsusi istedadlı gənclər 




Elm və təhsilin inkişaf etdirilməsi

1) Təhsildə novatorluq: yeni müasir nailiyyətlərin tətbiqi;


2) Təhsil və media: qarşılıqlı əlaqələrdə ictimai fayda;


3) Təhsil sahəsində beynəlxalq əməkdaşlığın təbliği; 



Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi
 1) Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyəti

2) Azərbaycan regionun və Avropanın mühüm enerji təminatçısıdır

3) Azərbaycan beynəlxalq təşkilatlarda milli maraqlarını uğurla təmin edir



Diaspora quruculuğu, lobbiçilik və Dünya azərbaycanlılarının həmrəyliyi 
1) Azərbaycançılıq ideologiyası: tarixdən müasirliyə

 2) Xaricdəki diaspor təşkilatlarımız Azərbaycanı necə tanıdır

3) Milli birlik və həmrəyliyə xidmət edən dövlət siyasəti


Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması 
1) Möhkəm ailə sağlam cəmiyyətin təməlidir

2) Ailə dəyərləri və media

3) Məişət zorakılığı sosial problem kimi  


Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər.


Müsabiqəyə təqdim olunan yazılara aid tələblər


1. Yazı Fond tərəfindən elan edilmiş mövzulardan birinə uyğun olmalıdır.

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

4. Yazı Azərbaycan dilində dərc olunmalıdır (xarici dildə nəşr olunan mətbuat orqanlarında dərc edilmiş yazılar Azərbaycan dilinə tərcümə olunmuş şəkildə Fonda təqdim edilməlidir).

5. Yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.


QEYD: Region mətbuatında çalışan jurnalistlər öz yazılarını işlədiyi region mətbuatında və ya müsabiqənin qaydalarında nəzərdə tutulan digər mətbu orqanlarda dərc edə bilərlər.


Tələb olunan sənədlər


1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti.

2. Şəxsi VÖEN və surəti.

3. Şəxsi bank rekvizitləri.

4. Şəxsiyyət vəsiqəsi və surəti

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.

Müsabiqəyə təqdim olunmuş yazıların qiymətləndirmə meyarları:


- mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

Hər mövzu üzrə 3 qalib müəyyən edilir; 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.

Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 25-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz.

Qaliblər Fondun xüsusi diplomu və 1000 (bir min) manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar.


Yazılar A3 formatda 1 səhifədən ( 9-11 min işarə) çox olmamalıdır.

Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə),

A4 formatda çap (3 nüsxə)

Elektron variant(Times New Roman 12 şriftində, diskdə) Fonda təqdim olunmalıdır.

Təqdim olunan yazılar və sənədlər geri qaytarılmır.

Nəticələr 22 iyul 2011-ci il tarixədək elan ediləcək.


Yazılar və sənədlərin qəbulu 7 iyun 2012-ci il tarixində başlayır və 16 iyul 2012-ci il tarixdə başa çatır. Sənədlər rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fonda şəxsən təqdim olunmalıdır.


İştirakçı haqqında məlumat (müəllif tərəfindən doldurulur):


 Yazının aid olunduğu istiqamət  
 Adı, soyadı, atasının adı                                          
 Mətbuatda təxəllüsü (əgər varsa)  
 Ünvanı və poçt indeksi  
 - iş telefonu  
 - ev telefonu  
 - mobil telefonu  
 - elektron poçt ünvanı  

Şəxsin imzası ________________

Sənədlərin təqdim olunma tarixi: "____"__________ 2012-ci il



Əlavə məlumat üçün Fondun ofisinə müraciət edə bilərsiniz:

Ünvan: Bakı şəhəri, Mətbuat pr., 529 m

Telefon: 537-19-41, 537-19-45.

www.kivdf.gov.az

Sizin Reklam Yeriniz