Əlaqə Arxiv
news Image
2014.02.07
20:35
| A A A
Vəhhabilərin törətdiyi cinayət hadisələri araşdırılır
Baş Prokurorluqda keçirilən kollegiya iclasında Azərbaycanda vəhhabilərin törətdiyi cinayət hadisələri müzakirə olunub. Qurumun mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, bu barədə kollegiya iclasında bildirilib. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən böyük ictimai rezonansa səbəb olan cinayət işlərinin, o cümlədən Qusar rayonunda vəhhabilik təriqətinə mənsub bir qrup şəxsin banditizm ilə əlaqədar istintaq işləri davam etdirilir. O cümlədən, polis əməkdaşlarının qəsdən öldürülməsi, Zaqatala rayonunda cinayətkar qruplaşmalar arasında cinayət aləmində üstünlük əldə etmək məqsədilə aralarında baş vermiş münaqişə, Sumqayıt şəhərində çay evində odlu və soyuq silahlarla bağlı cinayətlər araşdırılır. Hazırda bu istiqamətdə baş verən qanlı cinayətlər istintaqı davam etdirilir.
Sizin Reklam Yeriniz