news Image
2014.02.08
15:33
| A A A
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin Türkiyədən deportasiya olunmasına münasibət bildirib

ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalist Mahir Zeynalovun Türkiyədən deportasiya olunmasına münasibət bildirib.

Movqe.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib ki, hazırda Dövlət Departamenti bu narahatlıq doğuran məlumatı araşdırır.

Cen Psakinin sözlərinə görə, ABŞ bütün dünyada ifadə azadlığını hər zaman güclü müdafiəçisi olub və olmaqda da davam edir.

C.Psaki qeyd edib: "Biz hesab edirik ki, müstəqil plüralist media sağlam və güclü bir demokratiya üçün çox vacibdir".

Qeyd edək ki, Türkiyənin "İnternethaber" onlayn qəzeti xəbər yayıb ki, "Today`s Zaman" qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalov Türkiyədən deportasiya edilib.

Məlumata əsasən, buna səbəb Mahir Zeynalovun hökumət əleyhinə və xüsusən də ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı davamlı ittihamlar irəli sürməsi olub.

M.Zeynalov qəzetdə Türkiyə hökumətinin "Əl Qaidə" terror təşkilatı ilə əlaqələri olduğu barədə silsilə məqalələr dərc edib.

Məlumatda qeyd olunur ki, Türkiyə Daxili İşlər Nazirliyinin qərarı ilə M.Zeynalovun ölkəyə girişi də qadağan olunub.