news Image
2014.02.08
19:20
| A A A
Sabah Bakıda 5-8 dərəcə isti olacaq

Fevralın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin gün əzində əsasən yağmursuz, lakin fevralın 8-dən 9-na keçən gecə yarımadanın bəzi yerlərində yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 5-8 dərəcə isti olacaq.

 

Fevralın 9-da Azərbaycanın rayonlarında gün ərzində əsasən yağmursuz keçəcək, lakin gecə saatlarında Lənkəran-Astara bölgəsində az yağıntılı olma ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.